AZ

Gürcüstandan Fransaya "xatırlatma" ilə CAVAB

Gürcüstan Fransa Xarici İşlər Nazirliyinin Tbilisidə nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi ilə bağlı həyəcan ifadə edən bəyanatına cavab verib. 

"Unikal" Gürcüstan mediasına istinadən xəbər verir ki, rəsmi Tbilisi Fransanı qyeri-obyektivlikdə ittiham edib:

“Sizdə obyektivlik yoxdur. Siyasi müxalifətə bağlı və xaricdən maliyyələşən radikal qruplar hökumət binalarına və hüquq-mühafizə orqanlarına qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirsələr də, Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə xoşagəlməz hadisə istisna olmaqla, insan haqlarının ən yüksək standartlarına uyğun hərəkət ediblər”, - Gürcüstan Xarici İşlər Nazirliyi bəyanatında bildirib.

Gürcüstan XİN Fransa XİN-i “Gürcüstandakı hadisələri daha yaxından izləməyə” və obyektiv nəticələr çıxarmağa dəvət edib.

“Sizə xatırladırıq ki, Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları ümumbəşəri insan haqları standartlarına tamamilə zidd olan qəddar üsullarla etirazçılara qarşı çıxanda belə, Gürcüstan hökuməti Fransaya qarşı tənqidi bəyanat verməkdən çəkinib”, - deyə Gürcüstan tərəfinin bəyanatında deyilir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla