AZ

Ermənistanın müharibə cinayətləri dünyada ifşa olunur....

Image

Hər bir müharibənin ən dəhşətli fəsadlarından biri sülh və insanlıq əleyhinə cinayətlərlə bağlıdır. Bu cür cinayətlərin milli və beynəlxalq səviyyədə cəza sistemləri ilə bağlı müxtəlif tərifləri mövcuddur.

İkinci Dünya müharibəsindən sonra bu cinayətlər beynəlxalq müstəvidə Nürnberq və Tokioda müttəfiqlər tərəfindən yaradılmış beynəlxalq hərbi tribunalların nizamnamələrində, 1949-cu il Cenevrə konvensiyalarında, 1977-ci il Əlavə Protokollarda, həmçinin 1993 və 1994-cü illərdə keçmiş Yuqoslaviya və Ruanda üzrə Xüsusi Beynəlxalq Cinayət tribunallarının əsasnaməsində aydın şəkildə təsbit edilib.

Ərazi, mülki əhali, infrastruktur, dini, tarixi və mədəni abidələrə dəymiş ziyanın müvafiq təhlili aparılır 

Beynəlxalq məhkəmə orqanı tərəfindən cəzalandırılmalı olan cinayətlərin ən əhatəli siyahısı 1998-ci ildə qəbul edilmiş və 2002-ci il iyulun 1-də qüvvəyə minmiş Beynəlxalq Cinayət Məhkəməsinin Əsasnaməsində yer alır. O, milli və beynəlxalq səviyyədə cinayətlərin təriflərinin uyğunlaşdırılmasında aparıcı rol oynayır.

Bununla yanaşı, sülh  və insanlıq əleyhinə cinayətlər müxtəlif ölkələrin müvafiq məcəllələrində kifayət qədər fərqli adlar altında və məzmunda müəyyən edilib. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu belə cinayətlərin milli və beynəlxalq təriflərini uyğunlaşdırmağa imkan verir. Bu cür cinayətlərə yol verənlərin milli mühakimə yolu ilə cəzalandırılmasının çox vaxt riskli bir cəhd olduğu sübut edilib. Həqiqətən də, bu cinayətlər ən çox münaqişə zamanı, çox vaxt orduların və hökumət rəsmilərinin iştirakı ilə törədilir. Ölkənin milli məhkəmə sistemi buna qiymət vermək üçün lazım olan resurslardan məhrumdur. Hər bir ölkənin silahlı qüvvələrinin hərbi nizam-intizam məcəllələri hərbi nizamnamələri pozan davranışların cəzalandırılması mexanizmlərini nəzərdə tutur. Cəza ilə bağlı qərarlar hər bir ölkənin mülki məhkəmələri və ya hərbi tribunalları tərəfindən qəbul edilir ki, bu da orduda nizam-intizamın qorunmasına kömək edir, məsələn, komandanlığın əmrlərini yerinə yetirir. Lakin bu cür mexanizmlər ən yüksək vəzifəli siyasi və hərbi məmurların məsuliyyətə cəlb olunmasına imkan vermir. Bütün bulardən irəli gəlir ki, Azərbaycan Ermənistan tərəfindən işğal dövründə ölkəmziə qarşı tərədilən cinayətlərin Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində araşdırlması üçün müvafiq fəaliyyət həyata keçirir. Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanıdır. 1945-ci ilin iyununda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə yaradılıb və 1946-cı ilin aprelində fəaliyyətə başlayıb. Məhkəmə Baş Assambleya tərəfindən doqquz il müddətinə seçilən 15 hakimdən ibarətdir. Məhkəmə Niderland şəhərinin Haaqa şəhərindəki Sülh Sarayında qərargahlanıb. Bu məhkəmənin iki rolu var: birincisi, beynəlxalq hüquqa uyğun olaraq, dövlətlərin ona təqdim etdiyi hüquqi mübahisələrə baxmaq, ikincisi hüquqi məsələlər üzrə məsləhət xarakterli rəylər vermək. Burada onu da xatırladaq ki, Ermənistan 30 ilə yaxın davam etmiş işğalçı siyasət nəticəsində çoxsaylı hərbi cinayətlər törədib. Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Hazırda Ermənistanın törətdiyi hərbi cinayətlər sənədləşdirilir. Belə ki, törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlanılıb. Mülki əhali, infrastruktur, dini, tarixi və mədəni abidələrə dəymiş ziyanın müvafiq təhlili aparılır, hər bir fakt sənədləşdirilir. Bunlar araşdırlması, müvafiq hüquqi qiymət laması üçün Beynəlxalq Ədalət Məhkəməsi və digər müvafqi beynəlxalq qurumlara təqdim olunur. 

Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə uğurla müdafiə edir 

Qeyd edək ki, 1949-cu il Cenevrə konvensiyaları milli ədliyyə sistemlərinin bu cür cinayətlər üzərində yurisdiksiyasını genişləndirir, hətta başqa ölkədə törədilsə belə, universal yurisdiksiya prinsipini müəyyən edir. Bu prinsipə əsasən, dövlətin təqsirləndirilən şəxslə, qurbanla və ya törədilmiş əməllərlə heç bir əlaqəsi olmasa belə, bütün dövlətlər ağır cinayətlər, xüsusilə də hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədənləri təqib etməyi və mühakimə etməyi öhdələrinə götürürlər. Bu yurisdiksiyadan istifadə etmək üçün dövlətlər sözügedən prinsipi milli qanunvericiliyə daxil etməlidirlər. Belə vəziyyət də Azərbaycana qarşı müharibə cinayəti törədən ermənilərin müvafiq cəza almasına əlverişli zəmin yaradır. 

Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə də müdafiə edir. Hələ 2005-ci ildən isə erməni vandalizmi ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib. Tarixdə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması əks olunub. Bu qərar 2005-ci ildə təsdiqlənib. 2021-ci il yanvarın ortalarında övlətlərarası şikayət hazırlanıb və təqdim olunub. Bu hallar bilavasitə Cenevrə Konvensiyası ilə tənzimlənir.  Müharibə cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biridir. Azərbaycan və Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir. Cenevrə konvensiyalarının ciddi şəkildə pozulması müharibə cinayətləri kimi təsnif edilir. Bəzi hallarda bu cür hərəkətlər insanlığa qarşı cinayətlər də təşkil edə bilər. Bu, o deməkdir ki, bütün dövlətlər universal yurisdiksiya prinsipinə uyğun olaraq, milli mənsubiyyətindən asılı olmayaraq, bu cür cinayətləri törətməkdə və ya törətməkdə təqsirləndirilən şəxsləri axtarmaq və onları məsuliyyətə cəlb etmək öhdəliyi daşıyır. Bu cür ciddi pozuntuların araşdırılması üçün istintaq prosedurları və beynəlxalq humanitar faktaraşdırıcı komissiyanın iştirakı nəzərdə tutulur. Amma hələlik Ermənistan bu xüsusda öhdəliklərini yerinə yetirmir.  Bununla da beynəlxalq qanunvericiliyi pozur. Qeyd olunalıdır ki, ciddi pozuntuların qarşısını almaq üçün beynəlxalq məsuliyyət Cenevrə Konvensiyalarına üzv olan bütün dövlətlərin üzərinə düşür. Söhbət məhkəmə səviyyəsində əsl kollektiv təhlükəsizlik sistemindən gedir. Dövlətlər bu cür ağır cinayətləri törətməkdə şübhəli bilinən və ya onların törədilməsinə göstəriş verən şəxsləri axtarmağa borcludurlar. Onların da bu cinayətləri törədənləri məsuliyyətə cəlb etmək öhdəliyi var. Bu cür cinayətləri törədən ermənilərin siyahısı ölkəmiz tərəfindən hazırlanıb. Bu kontekstdə dövlətlər milli və ümumbəşəri yurisdiksiya meyarlarına uyğun olaraq bu cinayətlərə görə məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılması üçün məsuliyyət daşımağa davam edirlər. Amma Ermənistan hələ ki, bundan yayınmağa çalışır. Ancaq bunun çox davam etməsi də mümkün deyil. 

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
Mənbələr
Şərh ()
Bağla