AZ

Tbilisidə keçirilən dünənki aksiyada 23 nəfər saxlanılıb

Mayın 2-də Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanunun qəbuluna qarşı keçirilən etiraz aksiyasında hüquq-mühafizə orqanlarının əməkdaşları 23 nəfəri saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ötən gün Tbilisidə minlərlə insan etiraz aksiyası keçirib. Əvvəlki günlərdən fərqli olaraq təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevrilən mitinqdə vətəndaşlar “Qəhrəmanlar” meydanında nəqliyyatın hərəkətini kəsiblər. Paytaxtın mərkəzindəki bu meydanda bir neçə küçə kəsişir, yerüstü keçidlər var və bu, Tbilisinin ən mühüm nəqliyyat qovşaqlarından biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla