AZ

Yəmən Rəfahda əməliyyat olacağı təqdirdə bütün İsrail gəmilərinə hücum edəcəyini bildirib

Yəmən silahlı qüvvələri Qəzza zolağının cənubundakı Rəfahda əməliyyata başlasalar, İsraildən gələn və ya İsraildən oraya gedən bütün gəmilərə hücum edəcəklərini bildiriblər.

Bu barədə Ənsar Allah (Husi) hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.

“Yəmən silahlı qüvvələri İsrail gəmiçiliyini qadağan etmək qərarını pozan və işğal olunmuş Fələstinin limanlarına, o cümlədən Aralıq dənizinə, əlçatmaz olan istənilən əraziyə doğru hərəkət edən bütün gəmilərə hücum etməyə hazırdır”, - deyə o, bildirib.

O qeyd edib ki, bu cür hərəkətlər yalnız İsrailin Rəfahda hərbi əməliyyata başlayacağı təqdirdə baş verəcək. Yəmən Silahlı Qüvvələri “işğal olunmuş ərazilərlə” əlaqəsi olan bütün gəmilərə qarşı sanksiyalar tətbiq edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla