AZ

Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb.

Bununla ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyinat alıb. Könül Mehtiyeva 17 iyun – 1 iyul aralığında AVRO-2024-ün Frankfurt şəhərində təşkil olunacaq 5 oyununda UEFA nümayəndəsi olacaq.
O, qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika – Slovakiya, 20-də Danimarka – İngiltərə, 23-də İsveçrə - Almaniya, 26-da Slovakiya – Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
238
15
Mənbələr
Şərh ()
Bağla