AZ

"Roma" - "Bayer" matçı "CBC Sport"da

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

"Marsel" Fransada İtaliyanın "Atalanta" kollektivini qəbul edəcək.

Marsellilər 1/4 finalda Portuqaliya təmsilçisi "Benfika"nı üstələyib. "Atalanta" isə İngiltərə nəhəngi "Liverpul"dan güclü olub.

Digər matçda "Roma" və "Bayer Leverkuzen" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Ötən mövsüm Avroliqada finala qədər irəliləyən və həlledici görüşdə "Sevilya"ya məğlub olan "canavarlar" bu dəfə kuboku başı üzərinə qaldırmağı düşünür.

Cari mövsüm qitənin ikinci dərəcəli klub turnirində 4 dəfə "Qarabağ"la üz-üzə gələn "Bayer 04" isə məğlubedilməzlik seriyasını davam etdirmək istəyir. "Roma" ilə matçda da uduzmaza, Xabi Alonsonun komandasının yenilməzlik seriyası 47 oyuna çatacaq. Qeyd edək ki, bu qarşılaşma "CBC Sport"la canlı yayımlanacaq.

UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
2 may

23:00. "Marsel" (Fransa) - "Atalanta" (İtaliya)

"Velodrom" stadionu

23:00. "Roma" (İtalya) - "Bayer Leverkuzen" (Almaniya)

Roma Olimpiya stadionu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
2
Mənbələr
Şərh ()
Bağla