AZ

Azərbaycanın daha bir idmançısından “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanın daha bir təmsilçisi Nurlan Paşayev Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb.

O, 2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində akademik avarçəkmə növündə gümüş mükafata sahib çıxıb.

Paşayev 1500 metr məsafəyə yarışda ikinci olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə qızıl, Amil Ramazanov bürünc medal əldə edib.

Seçilən
199
6
Mənbələr
Şərh ()
Bağla