AZ

Tomas Tuxel: “Mən “Bayern”in gələcəyindən arxayınam”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel klub və özünün gələcəyi haqda söhbət açaraq, bəzi məqamlara aydınlıq gətirib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin müvafiq mövzulara dair fikirlərini təqdim edir.

Tomas Tuxel Münhen klubunda çalışmağın məşqçi mütəxəssislər üçün qeyri-cəlbedici işə çevrildiyini düşünüb-düşünməməsi ilə bağlı sualı cavablayıb:

“Xeyr, mən belə düşünmürəm. Bu iş mənim üçün çox cəlbedici idi. Əks halda, mən bu fikirlə razılaşmamağı üstün tutardım. Hazırda mən hələ də “Bayern”in məşqçisiyəm! Qarşıda bizi maraqlı tapşırıqlar gözləyir. Çempionlar Liqasının finalına çıxmaq istəyirik. Münhen klubunun gələcəyinə gəldikdə isə, mən arxayınam”, deyə alman mütəxəssis vurğulayıb.

Tuxel cari mövsümdə Bundesliqada 2-ci yerin Almaniya nəhəngi üçün məqsədəuyğun hesab edilə biləcəyini düşünüb-düşünməməsi haqda mövqeyini açıqlayıb:

“2-ci yer heç vaxt “Bayern”in məqsədi olmayacaq. Buna rəğmən, sabah bizi böyük çağırış (Bundesliqanın 32-ci turunun “Ştutqart”la oyunu – redaktorun qeydi) gözləyir. Düşünürəm ki, bizi nələrin gözlədiyini bilirik”, deyə Tuxel bildirib.

Həmçinin alman mütəxəssis Münhen klubundakı gələcəyi haqda danışıb və klubda qalacağı ehtimalını qətiyyətli şəkildə istisna etməyib.

Xatırladaq ki, “Bayern”in Tuxellə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər hesablansa da, tərəflər cari mövsümün sonunda müqaviləyə qarşılıqlı surətdə xitam verəcəklərinə dair razılığa gəliblər:

“Bizim əsaslı müqaviləmiz var və razılaşmışıq ki, onu daha əvvəl ləğv edəcəyik. Hər şey mümkündür, amma cavab eynidir. Saziş qüvvədədir. Razılaşma var”, deyə Tuxel diplomatik tərzdə vurğulayıb.

Tomas Tuxel “Bayern”in sükanı arxasına həmyerlisi, alman mütəxəssis Yulian Nagelsmanın istefaya göndərilməsindən sonra, ötən ilin martında gətirilib. Alman mütəxəssis Münhen klubuna Bundesliqanın ötən mövsümünün son turunda çempionluğu qazandıra bilib.

Cari mövsümdə isə Tuxelin çalışdırdığı “Bayern” çıxış etdiyi dörd cəbhənin üçündə gözlənilmədən uğursuzluğa düçar olub. Almaniya nəhəngi Bundesliqanın çempionluğunu Leverkuzen “Bayer”inə uduzub, Almaniya Kuboku və Almaniya Super Kubokunu da əldən verib.

“Bayern”in mövsümü xilas etmək üçün son ümidi Çempionlar Liqasınadır. Mötəbər yarışın yarımfinalına çıxaraq ilk oyunda evdə “Real”la 2:2 hesablı heç-heçə oynamış “Bayern” ümidlərini mayın 8-də Madriddə keçiriləcək cavab oyununa bağlayıb.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
241
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
226
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
212
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
206
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
201
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
184
Azərbaycanda bu məhsul bahalaşdı
174
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
150
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
146
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
141
Helikopter qəzası ilə bağlı yeni xəbər
141
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
141
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
140
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
139
Həlak olan şəxslər sabah dəfn olunacaq
136
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
125
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
113
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
109
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
107
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
104