AZ

“Biz özümüzü biabır edirik” - ABŞ-dən Rusiya ilə bağlı gözlənilməz açıqlama

"ABŞ Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata aqressiv reaksiya verməklə qanun və qaydalara əsaslanan dünya nizamını pozub".

Bakupost.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Larri Conson “Dialogue Works” YouTube kanalına bildirib.

Ekspertin fikrincə, Amerikanın Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavabı ABŞ-ın qurduğu beynəlxalq nizamın dağıdılmasının başlanğıcı oldu. İndi isə onlar vəziyyətə nəzarət etmirlər.

Conson deyib ki, “indi hər şey dağılır və ABŞ biabır olur”.

Bundan əvvəl milyarder İlon Mask ABŞ Konqresinin binasında Ukrayna bayraqları ilə keçirilən mitinqi "qəribə" adlandırmışdı.

Zaur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla