AZ

Zaxarova: Baltik dənizində Rusiya gəmilərinin qarşısını alacağı təqdirdə sərt cavab veriləcək

Rusiya neftini daşıyan gəmilərin Baltik boğazından keçməsinə məhdudiyyətlər tətbiq olunarsa, Moskva sərt cavab verəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Rusiya gəmilərinin naviqasiya hüquqlarını məhdudlaşdırmaq cəhdləri növbəti qeyri-dost addım kimi qiymətləndiriləcək, ondan sonra sərt cavab tədbirləri görüləcək", - diplomat brifinqdə deyib.

Zaxarova xatırladıb ki, gəmilərin keçidi qaydası 1857-ci il Kopenhagen müqaviləsi və 1982-ci il dəniz hüququ haqqında BMT Konvensiyasının müddəaları ilə tənzimlənir. Bu sənədlərə uyğun olaraq, bütün gəmilərin Baltik boğazlarından maneəsiz və təhlükəsiz keçmək hüququ var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla