AZ

Milli Şura sədri “xalqın səsi” rolunda - düşmən kimi iddialar...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də mitinq keçirməsini məqbul saymayıb.

Milli Şuranın sədri Cəmil Həsənli “Amerikanın Səsi”nə müsahibəsində iddia edib ki, 5 may mitinqi və bundan əvvəl keçirmək istədikləri 21 aprel mitinqi “xalqın tələbidir”: “Bizim xalqdan istər şifahi söhbətlərimizdə, istər sosial media üzərindən, istərsə də vətəndaşların telefon, vatsap zənglərindən, messengerlərindən aldığımız sifariş bundan ibarətdir ki, Azərbaycan xalqı mitinq istəyir”.

C.Həsənli iddia edib ki, ölkədə 300-dək siyasi məhbus var. “Deyərdim ki, Azərbaycanda vəziyyət 1937-ci ildəkindən dəhşətlidir. Mən 37-ci ildəki bir çox işlərlə tanışam. O zaman elektrik cərəyanının insanların bədənlərinə verilməsi kimi bir hal müşahidə olunmayıb. 37-nin işgəncəsi dəyənək üzərində qurulub. İndi dəyənəklər də kifayət qədər texnoloji cəhətdən təkmilləşdirilib. İşgəncə aləti kimi indi beysbol dəyənəyindən istifadə olunur”.

Özünü tarixçi kimi cəmiyyətə sırıyan Cəmil Həsənlinin minlərlə insanın öldürülməsi ilə nəticələnən 37-ci illəri müasir Azərbaycanla müqayisə etməsi onun savadsızlığı deyil, daha çox ölkəsinə nifrətinin göstəricisidir.

Milli Şuranın sədri ermənipərəst konqresmenlərin Azərbaycanın ordu təmsilçilərinə də aid edilən sanksiya layihəsi haqda da danışıb. Ermənipərəstlərlə eyni mövqedə olduğunu gizlətməyən C.Həsənli deyib ki, sanksiya siyahısı daha geniş olmalıdır: “Siyahıda 41 nəfərin adı keçir. Amma bu, kifayət qədər kiçik dairədir. Azərbaycanda insan haqlarına zor tətbiq edən məmurların sayı nəinki 41, hətta 241, 1041-dən də çoxdur. Mən bunu hətta gecikmiş sanksiyalar hesab edərdim. Əgər Azərbaycana insan haqları ilə bağlı sanksiya tətbiq edilirsə və bu yüksək vəzifəli məmurların adları orada sadalanırsa, birinci sadalanan ad İlham Əliyevin adı olmalıdır”.

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a bildirdi ki, Cəmil Həsənlinin mitinq haqda bəh-bəhlə danışması və utanmadan həmin mitinqi xalqın tələbi, sifarişi adlandırması ondan xəbər verir ki, bunların başı ya tamam qaçıb, ya da həmin baş Milli Şuranın qolçomaq ruhlu rəhbərlərində, ümumiyyətlə, heç zaman olmayıb: “Adamın 70+ yaşı var, amma saçından-saqqalından, təzə çıxardığı bığından utanmır, ağlına və ağzına gələni danışır. Nə mitinq? Hansı mitinq? Kimlə edəcəksiz həmin mitinqi? Əli, Nurəddin, Fuad, Gültəkin. Oldu dörd. Cəmil, səni də üzərlərinə gəlsək 4 yarım. Sonra? Elə danışırlar ki, sanki elektoratları ən az yarım milyon-filandır. Halbuki bilənlər bilir: gerçəkdə 5 adam nədir, heç 5 qarışqa belə ətraflarında yoxdur. Yaxşı bəs niyə aksiya təyin edirlər? Niyə belə arzuya düşürlər? Çünki xaricdən təxribat tapşırığı gəlib, onu icra etmək lazımdır, radikal müxalifətin ata dediyi "erməni lobbisi" bunlara pul göndərib, onu nağdlaşdırmaq lazımdır. Çünki Əli Kərimlinin maşınının ili köhnəlib, onu təcili dəyişmək, xaricdə atasının fəaliyyətini ən “layiqli” şəkildə davam etdirərək bütün anti-Azərbaycan qüvvələri ilə dostluq quran Türkelin pulunun vaxtıdır, onu ödəmək, Cəmilin turistik səyahətləri nə zamandır səngiyib, onu bərpa etmək, Gültəkinin botoksunun vaxtı qurtarır, onu yeniləmək lazımdır.

Seçilən
253
50
Mənbələr
Şərh ()
Bağla