AZ

“Bu silahlar bütün dünyada defisitdir” - Ukraynaya vəd edilən silahlar nə vaxt veriləcək?

Amerikanın yeni hərbi yardım proqramının təsdiqindən sonra Ukrayna artıq bir neçə partiya təcili silah tədarükü alıb, lakin növbəti mərhələlərdə gecikmələr ola bilər.

“AzPolitika” xəbər verir ki, bunu “The New York Times” nəşri yazıb.

Qəzetin məlumatına görə, ötən bazar Ukraynaya tank əleyhinə silahlar, raketlər və ən çox ehtiyac duyulan 155 mm-lik artilleriya mərmiləri göndərilib. İkinci partiya bazar ertəsi gəlib, çərşənbə axşamı isə İspaniyadan Polşaya “Patriot” sistemləri üçün yeni raketlər göndərilib. İspaniyanın yüksək rütbəli rəsmisi deyib ki, bu raketlər tezliklə Ukrayna cəbhəsində olacaqlar.

Bununla belə, ABŞ və digər NATO müttəfiqləri üçün bu tempi saxlamaq çətin olacaq: “Birləşmiş Ştatlar, Britaniya və Almaniyanın vəd etdiyi silahların Ukraynanın döyüş meydanında müdafiəsini gücləndirmək üçün istehsalı və göndərilməsi aylar çəkə bilər. Bir ABŞ rəsmisi, ABŞ-nin yeni yardımı ilə maliyyələşdirilən böyük silahların və hətta bəzi döyüş sursatlarının çox güman ki, yayın axırına, hətta daha gec çatdırılacağını söyləyib. Həmçinin, Ukraynanın çox ehtiyac duyduğu 155 mm-lik artilleriya mərmiləri və digər bir çox silahlar bütün dünyada defisitdir”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla