AZ

Peskov Makronun sözlərini təhlükəli adlandırdı


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun qoşunların Ukraynaya mümkün göndərilməsi ilə bağlı açıqlamalarını mühüm və təhlükəli adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində deyib.
“Bəyanat çox mühüm və təhlükəlidir. Fransa dövlətinin başçısı Ukrayna ətrafındakı münaqişədə birbaşa - yerdə - iştirakının mümkünlüyü barədə daim danışmağa davam edir. Bu, çox təhlükəli tendensiyadır”, - Peskov bildirib.
Qeyd edək ki, mayın 2-də “The Economist” jurnalına müsahibəsində Makron Ukraynaya qoşun göndərmək üçün iki şərtin adını çəkib – Kiyevin xahişi və Rusiyanın cəbhə xəttində irəliləməsi. Eyni zamanda o, bu gün Ukraynadan belə bir tələbin olmadığını vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla