AZ

Qubada sərxoş kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Quba rayonunda 1976-cı il təvəllüdlü Cəmil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fidana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 23-də, saat 22.00-da Quba şəhəri, N.Nərimanov küçəsindəki evlərdən birində baş verib. 

Cəmil ailədaxili münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Fidanın bədəninin müxtəlif nahiyyələrindən yumruqla qəsdən vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Cəmilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fevralın 23-də, saat 22.00-da arvadı Fidanla aralarında ailədaxili mübahisə baş verib və spirtli içki qəbul etdiyinə görə həmin vaxt əsəbləşərək onun qolunu tutaraq sıxıb, yumruqla onun üz nahiyyəsindən bir dəfə vurub.

İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, Cəmillə 2003-cü ildə rəsmi nikahla ailə həyatı qurub, bu nikahdan onların 2 övladı dünyaya gəlib: “İlk vaxtlar münasibətlərimiz normal olsa da, təxminən bir ilə yaxındır ki, tez-tez ailədaxili mübahisələr baş verib: “Fevralın 23-də, saat 22 radələrində ərim Cəmil spirtli içkinin təsiri altında evə gələrək mənimlə mübahisə etdi. Mübahisə zamanı yumruqla üzümdən və bədənimin müxtəlif nahiyyələrindən vuraraq mənə bədən xəsarətləri yetirdi. Mən də bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdim”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Cəmilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla