AZ

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Dolların və beynəlxalq valyuta sisteminin çökməsi vəziyyətində BRİKS alternativ valyuta təklif edə bilər. 

Valyuta.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Rusiya üzrə icraçı direktoru Aleksey Mojin RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, mövcud sistemin nöqsanları barədə çox yazılır. BRİKS bir çox nəşrlərdə bu təşkilatın alternativ təklif edə biləcəyi kontekstdə qeyd olunur.

Mojin qeyd edib ki, BRİKS ölkələri Çin yuanı, Hindistan rupisi, Rusiya rublu, Braziliya realı və Cənubi Afrika randı da daxil olmaqla, beş üzv ölkənin valyuta səbəti üzərində qurulacaq mühasibat vahidi yarada bilər. O, belə bir təklifin müzakirə olunduğunu vurğulayıb.

"Dollar və beynəlxalq valyuta sisteminin çökməsi halında, göstərilən BRİKS uçot vahidini birja malları ilə dəstəklənən real valyutaya çevirmək lazım olacaq", - BVF-nin Rusiya Federasiyası üzrə icraçı direktoru deyib.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla