AZ

Poçettino “Tottenhem” üzərində qələbəni şərh etdi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 26-cı turundan “Tottenhem”lə təxirə salınmış ev oyununu (2:0) şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən elə gəlir, bu mövsüm ilk dəfədir belə çox xoşbəxtəm, çünki bugünkü nəticə elə bir məqamdır ki, komanda, 10 aylıq çalışmalardan sonra bizə mübarizə aparmaq gərək olduğunu anladı.
Bilmirəm ən yaxşı oyunumuzdurmu, amma əsas olan hissdir. Mənfi hallara rəğmən, biz öz işimizi yaxşı yerinə yetiririk. Derbidə qələbə oyunçuların xidmətidir. Bu, bizim bu oyuna münasibətimizin, birinci hissədə necə oynadığımızın, necə müdafiə olunduğumuzun göstəricisidir”, deyə Poçettino fərəhlə vurğulayıb.

34 oyundan sonra “Çelsi” Premyer Liqanın yarış cədvəlində 51 xalla 8-ci, “Tottenhem” isə 60 xalla 5-ci pillədə qərarlaşıb.

Premyer Liqa çempionluğu uğrunda mübarizə indi, ötən mövsümdə olduğu kimi, “Mançester Siti” və “Arsenal” arasında gedir. Hazırda 35 oyundan 80 xalla “topçular” yarış cədvəlinin zirvəsində şərti lider mövqeyində qərarlaşıblar. “Mançester Siti” isə 34 oyundan 79 xalla mümkün lider mövqeyində “Arsenal”ı qarabaqara təqib edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla