AZ

Zaxarova Alen Simonyana cavab verib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə Ermənistan Parlamentinin spikeri Alen Simonyan arasında söz savaşı davam edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu gün keçirdiyi brifinqdə Zaxarova Simonyanın “Rusiyanın gücü ancaq Ermənistana çatır?” sualına cavab verib. O, Simonyanı Rusiya parlamentarilərinin Ermənistan parlamentinə göndərdiyi müraciətə cavab hazırlamağı məsləhət görüb.

“Ümid edirəm ki, bu cür bəyanatlarla çıxış edənlərin bu il aprelin 24-də Rusiya parlamentarilərinin müraciətinə cavab göndərməyə gücü çatacaq. Belə bir cavab alan kimi biz onu diqqətlə öyrənəcəyik və lazım gələrsə, açıq şəkildə şərh edəcəyik. Cavab hazırlamaq üçün (rəsmi İrəvana-red) güc arzulayırıq ”, - deyə Rusiya XİN sözçüsü Simonyanın “Belarus və Türkiyə də yeni ərazilərin Rusiyanın tərkibinə daxil olmasını tanımır, gücünüz ancaq bizə çatır?” sualı və bəyanatına cavab verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
38
Mənbələr
Şərh ()
Bağla