AZ

Politoloqdan gözlənilməz qərar: “Bu dəfə mən də...”

Azərbaycanda keçiriləcək parlament seçilərində namizəd kimi iştirak etmək qərarına gəlmişəm.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Azərbaycanda yaxın aylarda parlament seçkiləri keçiriləcək. Hazırlıqlar başlayıb. Keçmiş illərdə bu barədə düşünmürdüm. Uzun illər jurnalist və köşə yazarı kimi fəaliyyət göstərmişəm, təxminən 25 ildir analitik fəaliyyətlə məşğulam, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri olaraq bülletenlər hazırlayır və mediada yayımlayırıq. Hadisələri izləmək və bunların əsasında analizlər hazırlamaqdan, fikirlərimi ictimaiyyətə çatdırmaqdan zövq alıram.

Bu dəfə parlament seçkilərində gücümü sınamaq barədə düşünürəm. Ətrafımdakı insanlar da bu qərarla bağlı mənə dəstək verdiklərini bildirirlər. Ona görə əgər namizədliyimi irəli sürməyə qərar versəm, böyük ehtimalla doğma Ağdamı seçəcəm. 119 saylı Ağdam kənd seçki dairəsində namizədliyimin qeydə alınmasına çalışacam. Niyə məhz Ağdamı seçmişəm? Əslimiz Şuşanın, indi isə Xocalının Malıbəyli kəndindən olsa da, babam sonrakı illərdə Ağdama köçüb, atam, əmilərim, bibilərim bu şəhərdə doğulublar, özümün də uşaqlıq illərimin bir hissəsi Ağdamda keçib”, - politoloq bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, Ağdam qəhrəman şəhərdir, Birinci Qarabağ Müharibəsindəki döyüşlərdə ən çox itki verən bölgələrimizdəndir:

“Ağdam yenidən qurulur və Qarabağın ən böyük şəhərlərindən birinə çevriləcək. Bu işlərdə mən də əlimi daşın altına qoymaq istəyirəm. İlk növbədə yerli əhalinin problemlərini dinləmək istəyirəm. Yerli əhali əsasən kənd təsərrüfatında çalışır, məhsullarının satışı ilə bağlı problemlər var. Millət vəkili seçiləcəyim təqdirdə həmin problemlər və onların həlli yollarını diqqətdə saxlayacam. Ağdamın şəhid ailələri və qazilərin nümayəndələri ilə görüşəcəm, onların fikir və təkliflərini öyrənəcəm. Çünki ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişiksə, buna görə dövlət başçısına, şanlı ordumuza və döyüşlərdə şəhid və qazi olanlara borcluyuq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23079
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12636
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8506
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5547
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5521
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5435
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3945
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3605
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3520
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3291
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3159
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2953
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2698
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2553
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2450
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2142