AZ

Tanınmış politoloq deputat olmaq istəyir – Namizədliyini hansı dairədən irəli sürəcəyini açıqladı

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu parlament seçkilərində iştirak etmək niyyətindədir.

“AzPolitika” xəbər verir ki, o, bu barədə “facebook” səhifəsində yazıb. Ekspert yaxın aylarda ölkədə seçkilərin keçiriləcəyini xatırladıb.

“Dostlar, eyni zamanda bu dəfə parlament seçkilərində gücümü sınamaq barədə düşünürəm. Ətrafımdakı insanlar da bu qərarla bağlı mənə dəstək verdiklərini bildirirlər” – deyə, o, əlavə edib.

E.Şahinoğlu qeyd edib ki, namizədliyimi irəli sürməyə qərar versə, böyük ehtimalla 119 saylı Ağdam kənd seçki dairəsində namizədliyini irəli sürəcək: “Niyə məhz Ağdamı seçmişəm? Əslimiz Şuşanın, hazırda isə Xocalının Malıbəyli kəndindən olsa da, babam sonrakı illərdə Ağdama köçüb, atam, əmilərim, bibilərim bu şəhərdə doğulublar, özümün də uşaqlıq illərimin bir hissəsi Ağdamda keçib. Ağdam qəhrəman şəhərdir, Birinci Qarabağ müharibəsindəki döyüşlərdə ən çox itki verən bölgələrimizdəndir. Ağdam yenidən qurulur və Qarabağın ən böyük şəhərlərindən birinə çevriləcək. Bu işlərdə mən də əlimi daşın altına qoymaq istəyirəm. İlk növbədə yerli əhalinin problemlərini dinləmək istəyirəm. Yerli əhali əsasən kənd təsərrüfatında çalışır, məhsullarının satışı ilə bağlı problemlər var. Millət vəkili seçiləcəyim təqdirdə həmin problemlər və onların həlli yollarını diqqətdə saxlayacam. Ağdamın şəhid ailələri və qazilərin nümayəndələri ilə görüşəcəm, onların fikir və təkliflərini öyrənəcəm. Çünki ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişiksə, buna görə dövlət başçısına, şanlı ordumuza və döyüşlərdə şəhid və qazi olanlara borcluyuq”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
4
azpolitika.info

9Mənbələr