AZ

Fabrikdə GÜCLÜ YANĞIN OLDU

Berlinin Lixterfeld səmtində şəhərin kənarında yerləşən fabrikdə güclü yanğın başlayıb. 

News24.az xəbər verir ki, bu barədə “RBB” telekanalı məlumat yayıb.

Məlumata görə, yanğın texniki otaqda başlayıb, xəsarət alan olmayıb. Hazırda yanğınsöndürənlər kəskin tüstü səbəbindən sənaye obyektinin ərazisinə daxil ola bilmirlər.

Bildirilir ki, yaxınlıqdakı ərazilərin sakinlərinə pəncərələri bağlamaq, kondisioneri söndürmək və küçəyə çıxmamaq tövsiyə olunub. Ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
16
Mənbələr
Şərh ()
Bağla