AZ

AİB transformasiya sahəsində innovativ lider kimi seçilir - Kelli Sims Qallaher

Asiya İnkişaf Bankı (AİB) transformasiya sahəsində innovativ lider kimi seçilir.

Olaylar.az xəbər verir ki, bu barədə Fletçer Məktəbinin (Tafts Universiteti) enerji və ekoloji siyasət üzrə dekanı vəzifəsini müvəqqəti icra edən, professor Kelli Sims Qallaher Tbilisidə AİB-in illik toplantıları çərçivəsində keçirilən "AİB-in yol xəritəsi, 2030 strategiyasının yenilənməsi" mövzusunda keçirilən panel müzakirəsində çıxışında deyib.

"AİB-in həyata keçirməyə çalışdığı transformasiya qəliz məsələdir. Fikrimcə, AİB bu problemi həll etməklə gələrək bu sahədə innovativ lider kimi seçilir. İnanıram ki, transformasiya nadir hallarda xarici sarsıntılar yolu ilə baş verir. Transformasiya demək olar ki, həmişə daxildən gəlməlidir. AİB-in bəzi daxili problemləri ilə məşğul olmaq qərarına gəlməsi faktı, məncə, əslində həqiqi cəsarət əlamətidir. Birgə proqram çərçivəsində gördüyümüz işlər AİB-in ölkə daxilində necə işlədiyi barədə düşünmək cəhdi ilə başladı", - o deyib.

Qallaher AİB-in bir çox siyasi və maliyyə həllərinə malik olduğunu vurğulayıb.

"Lakin düşünürəm ki, bu problemin təməlində insanlar dayanır. İnsanlar vərdişlərə köklənir, öyrəşdikləri kimi hərəkət edirlər, çünki bütün karyeraları boyu bunu ediblər. Hesab edirəm ki, bizim birgə proqramda məqsədimiz AİB-in necə fərqli düşünə biləcəyi, fərqliliklərə baxmayaraq birgə işləmək və yeni həllər tapmaq barədə düşünməkdən ibarət idi. Geri çəkilmək və bu barədə düşünmək cəsarət tələb edir. AİB-ə, komandalara bu işdə uğur qazanmaq üçün imkan yaratmağa çalışmaq istədik. Beləliklə, proqramla bağlı iki əsas hədəfimiz iqlim barədə biliklərin öyrədilməsi ilə liderlik və transformasiya dəyişikliyi öyrədilməsinin inteqrasiyası və problemin həlli üçün bu iki amili birləşdirmək cəhdi idi. Sonra isə yeni fəaaliyyət metodları ilə AİB daxilində əməkdaşlıq və sistemlərarası düşüncə mədəniyyəti yaradılmalıdır. Bu, həqiqətən də komanda işinə gətirib çıxardı", - deyə o əlavə edib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
50
Mənbələr
Şərh ()
Bağla