AZ

Azərbaycana idxalda Çin liderlik edir – Deputat səbəbini açıqladı

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 84 ölkəyə məhsul ixrac edib, 134 ölkədən idxal həyata keçiriblər.

Xarici ticarət dövriyyəsi 6 milyard 428.2 milyon ABŞ dolları olub. Onun 2 milyard 651 milyon dollarını (31.7 faiz) idxal təşkil edib.

Bu il hesabat dövründə ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19.7 faizi Çinin payına düşüb. İkinci yerdə 17.8 faizlə Rusiya gəlir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, son vaxtlar Çinlə Azərbaycan arasında iqtisadi əlaqələr kifayət qədər yüksəlib: "Azərbaycanda daha çox Çin istehsallı avtomobillərə üstünlük verməyə başlayıblar. İdxalın yüksəlməsinin əsas səbəbi də Çindən avtomobillərin idxalının artmasıdır. Bu avtomobillərin qiyməti Avropa istehsallı avtomobillərin qiymətindən ucuzdur, ona görə də əhali onlara daha üstünlük verir".

Deputat Azərbaycan hökumətinin Çin dövlət orqanları ilə iqtisadi əlaqələri genişləndirməsinə diqqət çəkir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla