AZ

“Başkənd uğrunda şəhid olan milli qəhrəmanlarımız var” - Deputata cavab 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Başkəndin ermənilərə verilməsini təklif etmək ciddi nöqsandır. Politoloq Rasim Musabəyov bunu unutmamalıdır. Əvvəla, Başkənd çox ciddi strateji mövqeyə malik qədim Azərbaycan torpağıdır. Bir sıra ərazilərimiz kimi Başkəndin də ermənilərlə məskunlaşdırılması və Ermənistana verilməsi sovet-bolşevik rejiminin diqtəsi ilə həyata keçirilmişdir". 

Bu fikirləri Yenisabah.az-a açıqlamasında Milli Fikir və İnkişaf Mərkəzinin sədri Anar Turan bildirib. 

O qeyd edib ki, Başkənd uğrunda Azərbaycanın Milli Qəhrəmanları Məzahir Rüstəmov, İskəndər Aznaurov və silahdaşları şəhid olub. Bunları bilə-bilə Başkəndin verilmə təklifini səsləndirmək Roma Papasından artıq katolik görünmə cəhdidir. Erməni siyasətçilərin özləri belə Başkəndin alınmasına hələ də ümid etmədiyi bir məqamda bunu səsləndirmək yanlışdır. Başkəndlə eksklavların müqayisəsi də uğursuzdur. Bura elə bir strateji nöqtədir ki, oranın alınması ilə biz ən azı 2 rayonun işğal təhlükəsinin qarşısını almışıq. Əgər bu ərazini İrəvana güzəştə getsək, yenidən Ermənistanın iki rayona nəzarətini legitimləşdirmiş olacağıq". 

İctimai birlik sədri qeyd edib ki, bu gün Azərbaycan çox güclüdür, güclü milli ordusu var, üstəlik müharibədə qalib gəlib. Lakin heç kim Ermənistanın iddialarının bir daha baş qaldırmayacağına və müəyyən ölkələrdən dəstək alaraq yenidən ərazi iştahına düşməyəcəyinə zəmanət verə bilməz. Bu baxımdan, əgər mövzu strateji əhəmiyyətli ərazilərimizdən gedirsə, daha dərindən düşünmək və danışmaq lazımdır. 

 


Telegram kanalımız
Seçilən
58
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1362
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1273
Azərbaycanda bu məhsul bahalaşdı
1263
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1021
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1021
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1011
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
996
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
990
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
975
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
925
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
896
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
844
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
791
Helikopter qəzası ilə bağlı yeni xəbər
780
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
748
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
745
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
734
Həlak olan şəxslər sabah dəfn olunacaq
732
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
684
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
667