AZ

AİB üzv ölkələrdə valyuta risklərinin aradan qaldırılması üzrə işlər görür - Reyçel Tompson

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) üzv ölkələrdə valyuta risklərininaradan qaldırılması üzrə işlər görür.

Trend xəbərverir ki, bu barədə AİB-in Avstraliya, Azərbaycan, Kamboca,Gürcüstan, Honq-Konq, Çin, Kiribati, Mikroneziya FederativŞtatları, Nauru, Palau, Solomon adaları və Tuvalu üzrə icraçıdirektoru Reyçel Tompson Tbilisidə AİB-in illik toplantılarıçərçivəsində keçirilən "AİB-in yol xəritəsi, 2030 strategiyasınınyenilənməsi" mövzusunda keçirilən panel müzakirəsində çıxışındadeyib.

"Müşahidəçi mövqeyi tutmaqla problemi həll edə bilməzsiniz. Busəbəbdən düşünürəm ki, əsas korporativ strategiyamızın bu müvəqqətigörüşü ilə həqiqətən etməyə çalışdığımız işin əsasında təşkilatolaraq problemi müşahidə etməkdən kənara çıxaraq real həllər təklifetməyimizin müəyyən edilməsi dayanmalıdır. Bu həllər bütün üzvölkələrimiz üçün transformativ xarakter daşıyacaq. Fikrimcə, birçox üzv ölkələr üçün şübhəsiz, çox mühüm əhəmiyyət kəsb edənməsələlərdən biri valyuta risklərini idarə etməkdə onlara daha çoxköməklik göstərməyimiz barədə düşünməkdir. Düşünürəm ki, biz buprosesə başlayırıq", - o deyib.

Tompson həmçinin qeyd edib ki, AİB digər mənbələrdən maliyyəvəsaiti əldə etmək üçün daha çoxunu edə bilər.

"Üzv ölkələrə onların milli planlarına və bizim stratejiambisiyalarımıza uyğun tədbirlər görmək üçün daha çox maliyyəməkanı yaratmaqda necə köməklik göstərə biləcəyimiz barədədüşünürük. Xüsusilə adaptasiya üçün həqiqətən qrantlar tələbolunacaq və düşünürəm ki, bu, problemlərin təsirlərinə ciddişəkildə məruz qaldıqlarını ilk olaraq göstərəcək Sakit Okeanregionundan olan üzv ölkələri üçün qəti şəkildə təkiddir. Fikrimcə,digər mənbələrdən maliyyələş vəsaiti təmin etmək üçün bir qurumolaraq edə biləcəyimiz daha çox şey var", - deyə o əlavə edib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla