AZ

Zaxarovadan xəbərdarlıq – “Rusiyaya hücuma hazırlaşırlar”

Ukrayna açıq şəkildə Qərbin dəstəyi ilə Krım körpüsünə yeni hücuma hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu gün Krımın azad edilməsinin 80-ci ildönümü ərəfəsində Krım körpüsü yenidən hücuma məruz qalır. İndi ora hücum hazırlığı açıq şəkildə, cəsarətlə və kollektiv Qərbin mütləq birbaşa və həyasız dəstəyi ilə həyata keçirilir.

Kiyev rejimi və qərbli ağaları Rusiya ərazisində yeni terror hücumları üçün planlar hazırlayırlar”, - diplomat vurğulayıb.

Zaxarova qeyd edib ki, məhz bu məqsədlərlə bir il əvvəl Moskva Kremlinə pilotsuz təyyarə ilə zərbə endirməyə cəhd ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla