AZ

Ağakərimin oğlu atasının səhhətindən danışdı

Meyxanaçı Kərim Novruzovun (Ağakərim) oğlu Kamil Novruzov atasının səhhətindən danışıb.

Teleqraf.com xəbər verir ki, meyxanaçının oğlu "Elgizlə izlə" verilişində bu sözləri deyib: “Əvvəllər biz ata-oğul idik. Atam çox zəhimli insan olub, o münasibəti də saxlayıb. İndi mən atamla dostam. Amma mən onunla yenə ata-oğul olmaq istəyirəm”.

Həkim Rəşid Muradov meyxanaçının səhhətində irəliləyiş olduğunu bildirib:
“Biz Ağakərimi müayinə etdik və 2017-ci ildə sol tərəfli hemiparez diaqnozu ilə işemik insult keçirib. Aparılan müayinələrin nəticəsində onun vəziyyəti yaxşılaşıb, kənar adamların köməyi ilə özü sərbəst yerimə ixtiyarında olub. Sonra reabilitasyon tədbirlər həyata keçirilmədiyinə görə onun da günahı özlərində yox, təbabətdədir ki, heç bir həkim tövsiyə etməyib ki, reabilitasiya tədbirləri həyata keçirilsin. Onun bütün böyük oynaqlarında kontrakturalar ortaya çıxıb. Belə olan halda kiçik bir hərəkət ona ağrı və qıcıq verir, narahatlıq törədir. Əminəm ki, reabilitasiya tədbirləri həyata keçirildikdən sonra Ağakərim ayağa qalxacaq. Nitqində bəzi dəyişikliklər var. Söz və tələffüz etmək iqtidarındadır".

Qeyd edək ki, 2017-ci ildən meyxanaçının beyninə qan sızıb. O, üç dəfə insult keçirib və hazırda yataq xəstəsidir.


Müəllif: Rəqsanə Həsənova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
26
Mənbələr
Şərh ()
Bağla