AZ

ABŞ-da tələbələrin etirazları Vyetnam müharibəsi zamanı olanlarla müqayisə edildi – FOTO

ABŞ-da tələbələrin etirazları Vyetnam müharibəsi zamanı etirazlarla müqayisə edilirib.

İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“1968-ci ildə tələbələr Vyetnam müharibəsinə etiraz etdilər, indi isə Fələstin anklavında İsrailin siyasətinə qarşı çıxırlar”, – NYT yazıb.

Nəşrin yazdığına görə, hadisələr arasında aydın paralellər var. Xüsusən də tələbələr universitetin işini iflic vəziyyətinə salaraq rəhbərliyi kömək üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur ediblər.

Mətndə deyilir ki, etirazçılar 1968-ci ildə olduğu kimi eyni binada da barrikada qurublar. Bundan əlavə, tələbələr işğal olunmuş ərazini “1968-ci il etirazlarına birbaşa istinad edərək, Qəzza və azad edilmiş zona ilə həmrəylik düşərgəsi” adlandırıblar”,  – nəşr qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla