AZ

Sərhədçilərimiz 3751 metr hündürlükdə — VİDEO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycanın memarı və qurucusu, Milli Sərhəd Strategiyasının banisi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil ediblər.

Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları soyuq hava şəraitinə, mürəkkəb relyefə malik dağlıq ərazini böyük əzmkarlıqla qət edərək “Heydər zirvəsi”nə təyin olunmuş vaxtda çatıblar.

Zirvədə “Həyatı nəsillərə nümunə olan və xalqın qəlbində əbədi yaşayan ümummilli lider Heydər Əliyev - 101 il” sözləri yazılmış plakatı, ulu öndərin fotoşəkilini, şanlı Zəfər bayrağımızı və Dövlət Sərhəd Xidmətinin emblemini ucaldaraq Dövlət Himnini ifa ediblər.

Sərhədçilər tərəfindən qaya üzərində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev - 101 il - 1923-2024” sözləri əks olunmuş xatirə lövhəsi bərkidilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla