AZ

ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO

Mayın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və Milli Mədəniyyət Strategiyası” adlı tələbə-şagird elmi konfransı keçirilib.
 
Moderator.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.  
 
ADU-nun rektoru, akademik Kamal Abdulla konfransın tələbə və şagirdlər üçün yeni elmi biliklərin əldə olunması baxımından əhəmiyyətindən danışıb:
 
“Bu konfransın keçirilməsi hər bir tələbə, hər bir şagird  üçün yeni elmi araşdırmaların aparılması, elmi təcrübələrin qazanılması üçün əlverişli imkanlar yaradır. Bu imkanlardan istifadə etməklə tələbələr və şagirdlər gələcək elmi fəaliyyətlərində daha uğurlu nəticələr əldə edə bilmək imkanı qazanırlar. Tələbələrimizin və şagirdlərimizin savadlı,peşəkar, vətənpərvər olması vacibdir.”
 
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova konfransın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, hər il keçirilən tələbə-şagird konfransına maraq ildən-ilə artmaqdadır. Konfransın ideya müəllifi olan akademik Kamal Abdulla şagirdlərin universitet həyatına hazırlanmasına və elmi bacarıqlarının artırılmasına böyük önəm verir. Konfrans həm də Azərbaycan təhsilini daha da inkişaf etdirmək, gəncləri elmə istiqamətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. 
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin direktoru Aqşin Bağırov  dəvətə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib, konfransla bağlı fikirlərini bölüşüb. O, bildirib ki, Ulu öndər Heydər Əliyevə həsr olunan elmi konfrans şagirdlər üçün yeni elmi biliklərin və təcrübələrin öyrənilməsi üçün olduqca vacib bir tədbirdir. Gələcəkdə şagird və tələbələr tərəfindən elmi işlərin görülməsi, tədqiqat işlərinin aparılması baxımından konfransın xidmətləri böyükdür.
 
ADU-nun Təhsil-1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov tədbir iştirakçılarına və qonaqlara elmi konfransın gündəliyi haqqında məlumat verib. Elmi konfrans ADU rəhbərliyi tərəfindən diqqətlə izlənilir və hər bir şagirdə, tələbəyə elmi bacarıqlarını inkişaf etdirmək üçün şərait yaradılıb.
 
Daha sonra tələbələr tezislərlə çıxış ediblər. Konfrans işini bölmə iclasları ilə davam etdirib.
 
Qeyd edək ki, konfransa ümumilikdə 463 nəfər tələbə, şagir və magistr qeydiyyatdan keçib və plenar iclaslarda iştirak edib. Respublikanın 11 fərqli təhsil müəssisəsindən şagird qoşulub. Elmi konfrans 4 əsas bölmə üzrə fəaliyyət göstərib. Tezislə iştirak edən şagirdlərin ayrı bölmə üzrə dosent Xuraman Əsgərovanın sədirliyi ilə dinləmələri keçirilib.
 
Daha sonra çıxışçılar konfransın gələcək istiqamətləri, yeni perspektivləri haqqında fikirlərini bölüşüblər. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
6
Mənbələr
Şərh ()
Bağla