AZ

Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır

“Qarabağ” klubunun baş məşqçisi İspaniya klubunun düşərgəsinə yollanmaq üçün hazırlıqlara başlayıb.
 
Moderator.az Sportinfo.az - a istinadən xəbər verir ki, Qurbanovun məqsədi La Liqanın aparıcı klublarından birində olmaq, məşq prosesini izləmək, həmkarının iş proqramını incələməkdir.
 
Hələlik səfərin vaxtı dəqiqləşməyib. Ancaq tərəflər arasında danışıqların sona yaxınlaşdığını söyləyə bilərik.
 
Qeyd edək ki, Qurban Qurbanov bundan əvvəl Almaniyada olub. Mütəxəssis yanvarda “Bayer 04”ün düşərgəsinə səfər edib, Xabi Alonso ilə görüşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
10
Mənbələr
Şərh ()
Bağla