AZ

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ucnoqta.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1955-ci il təvəllüdlü R.Nəsibova və 2021-ci il təvəllüdlü A.Əlizadə mənzilinin giriş qapısının kilidinin sınması nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub, vətəndaşları xilas edərək ailə üzvlərinə təhvil veriblər.

Seçilən
73
12
Mənbələr
Şərh ()
Bağla