AZ

Vüqar Bayramov: "Vergi güzəşti COP29-un təşkilinə xüsusi dəstək olacaq"

“COP29-un təşkili ilə bağlı sahibkarlar 9 ay müddətində bütün vergi növlərindən azad ediləcək. Bu COP29-un təşkilinə xüsusi dəstək olacaq, həmçinin, xarici sərmayənin cəlb olunmasına şərait yaradacaq”.

Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib. 

Millət vəkili hesab edir ki, tətbiq edilən vergi güzəştləri ölkədə COP29 tədbirinin yüksək səviyyədə keçirilməsinə xidmət edəcək.Nəzərə almaq lazımdır ki, istənilən vergi güzəşti iqtisadiyyatı stimullaşdıran addımdır”.

Xatırladaq ki, COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsinə dair Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisdə qəbul edilib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla