AZ

Ərdoğan İsraillə iqtisadi əlaqələrin kəsildiyini təsdiqləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Qəzza zolağında yürütdüyü siyasətə görə İsraillə ticarət və iqtisadi əlaqələri dayandırmaq məcburiyyətində qaldığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə dövlətinin başçısı hakim Ədalət və İnkişaf Partiyasının X sosial şəbəkəsindəkihesabında yayımlanan tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Ərdoğanın sözlərinə görə, 40-45 min fələstinlinin ölümünə görə İsrail Müdafiə Qüvvələri məsuliyyət daşıyır.

Qeyd edək ki, əvvəllər Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 9,5 milyard dollara yaxın olub.

Prezident xatırladıb ki, böhrandan əvvəl də ABŞ-da baş nazir Benyamin Netanyahu ilə görüşərək ikitərəfli münasibətlərin vəziyyətini müzakirə edib və Yaxın Şərqdə sabitlik üzərində birgə işləməyə çalışıb.

Lakinİsrail hökumətinin başçısıguya Türkiyə liderini dinləməyib. Yeri gəlmişkən, Ərdoğan əminliklə “bütün Qərbin, xüsusən də ABŞ-ın İsrailin maraqları üçün çalışdığını da gizlətməyib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla