AZ

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Milli Məclisdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Filippin parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Maria Reyçel Arenas ilə görüşlər keçirilib.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun qonaqla görüşündə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bəşəriyyəti narahat edən çağırışların müzakirə edildiyi, səmərəli fikir mübadiləsinin aparıldığı mühüm qlobal platformaya çevrildiyi qeyd olunub, Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri vurğulanıb.

Söhbətdə Azərbaycanın parlaq Qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin regionda sülhün möhkəmləndirilməsi, Ermənistanla münasibətlərinin normallaşdırılması istiqamətində təşəbbüsləri, atılan addımlar barədə danışılıb, eləcə də Azərbaycanla Filippin arasında əlaqələrin, əməkdaşlığın dərinləşdirilməsi, parlamentlərarası təmasların inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

X  X  X

Sonra Milli Məclisin Filippinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Cəfərov qonaqla görüşüb.

Tərəflər VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə keçirilməsindən məmnunluqlarını ifadə ediblər, tədbiri Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına növbəti parlaq töhfəsi kimi dəyərləndiriblər.

Söhbətdə Azərbaycanla Filippin arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin, parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları arasında təmasların əhəmiyyəti vurğulanıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7576
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5146
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4865
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4659
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4427
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2946
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2700
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2664
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2594
Sabah 20 dərəcə isti olacaq
2581
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2258
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2170
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2064
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2007
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1658
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1582
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579