AZ

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Rusiya

Moskva, 3 may, AZƏRTAC

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon bu gün baş tutan telefon danışığı zamanı Moskvada Qələbə Gününə həsr olunmuş təntənəli mərasimlərdə birgə iştirak məsələlərini müzakirə ediblər. Terror təhdidləri ilə mübarizədə, eləcə də miqrasiya sahəsində əməkdaşlıq mövzusunda da fikir mübadiləsi aparılıb.

Kremldə qeyd ediblər ki, Rusiyaya gələn əmək miqrantları, o cümlədən Tacikistandan gələnlər ətrafında vəziyyətin müəyyən qüvvələr tərəfindən süni şəkildə gərginləşdirilməsi cəhdlərinin aradan qaldırılması barədə razılığa gəlinib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla