AZ

Malayziya Parlamenti Senatının nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO

Mayın 3-də ölkəmizdə səfərdə olanMalayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqalın başçılıq etdiyi parlament nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub.

Milli Məclsin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, qonaqlar əvvəlcə Füzuli şəhərinə gələrək burada Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidə və Füzuli Şəhər Aeroportu ilə tanış olublar, Füzuli şəhərinin qalıqlarına baxıblar.

Daha sonra Şuşa şəhərinə gələn malayziyalı parlamentarilər burada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Qarabağ” fotosərgisinə tamaşa ediblər.

Sonra qonaqlar Şuşada Şəhər Meydanında, Yuxarı Gövhər ağa məscidində, Cıdır düzündə və İsa bulağında olublar, Şuşanın Qala divarlarını seyr ediblər.

Malayziya parlament nümayəndə heyətini Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov, qrupun üzvü İqbal Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

Malayziya Malayziya Malayziya Malayziya Malayziya Malayziya Malayziya Malayziya Malayziya

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
6
Mənbələr
Şərh ()
Bağla