AZ

Qəzzada bu günə qədər 10 mindən çox qadın öldürülüb


2023-cü ilin 7 oktyabrında Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən bu yana Qəzza zolağında 10 mindən çox qadın həyatını itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Qəzza zolağında münaqişə qadınlara qarşı müharibə olaraq davam edir. Bu günə qədər 10 mindən çox qadın öldürülüb, daha 19 min qadın yaralanıb”, - agentliyin məlumatında bildirilib.
Digər tərəfdən, agentlik hər gün 37 uşağın anasını itirdiyini qeyd edib.
Agentliyin məlumatına görə, bundan əlavə, 150 mindən çox hamilə və süd verən ananın su və gigiyena məhsullarına çıxışı məhduddur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla