AZ

Ərdoğandan Özgür Özəllə bağlı ilk açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Özgür Özəl ilə görüşü ilə bağlı ilk dəfə açıqlama verib.

“Cebhe.info” xəbər verir ki, bu gün siyasətin əsas gündəm maddələrindən biri də Prezident Ərdoğanla CHP lideri Özgür Özəl arasında 8 ildən sonra baş tutan görüş olub.

Ərdoğan cümə namazından sonra Özəl ilə görüşlə bağlı ilk açıqlamasını verib. Ərdoğan bildirib:

“Hörmətli Özgürə dedim ki, ilk fürsətdə belə bir ziyarəti gerçəkləşdirək. Türkiyənin buna ehtiyacı var, ümumiyyətlə, Türkiyə siyasətinin buna ehtiyacı var. Mən istəyirəm ki, ilk fürsətdə bu səfərlə Türkiyədə siyasətin yumşalma prosesini başlayaq”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla