AZ

“Ukrayna ordusunun ümumi itkiləri artıq 111 min nəfəri keçib” – Şoyqu

Ukrayna Silahlı Qüvvələrinin bu il ümumi itkiləri artıq 111 min nəfəri keçib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. O, Ukrayna Silahlı Qüvvələrinin də 21 min ədəd silah və hərbi texnika itirdiyini bildirib.

Ukrayna ordusunun gündəlik itkiləri aprel ayında artaraq 1 min hərbçiyə çatıb.

Bundan əlavə, Şoyqu bildirib ki, ilin əvvəlindən Rusiya Silahlı Qüvvələri 547 kvadratmetr ərazini nəzarətə götürüb.

Xuraman Etibarlı

İnterpress.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla