AZ

İsraildən Türkiyə təlimatı: Türkiyə iqtisadiyyatını hədəfə alacaqlar

İsrail dövlət televiziyası KAN, İsrailin xarici işlər naziri Katzın “Türkiyə Komitəsi”nin yaradılması ilə bağlı göstəriş verdiyini və bu gün keçiriləcək ilk iclasda Türkiyə iqtisadiyyatına necə zərər veriləcəyinin müzakirə ediləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Ticarət Nazirliyi İsraillə bütün ticarətin dayandırıldığını açıqlayıb. Açıqlamada, "Dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsi başlayıb, İsraillə bağlı ixrac və idxal əməliyyatları dayandırılıb". ifadələrdən istifadə edilmişdir.

Türkiyənin İsrailə qarşı verdiyi bu qərardan sonra Təl-Əviv rəhbərliyi hərəkətə keçib.

İsrail İctimai Yayım Korporasiyası KAN-ın xəbərində , "Xarici işlər naziri Katz nazirliyin baş direktoruna "Türk Komitəsi"nin yaradılması ilə bağlı göstəriş verib. Bu gün bir yığıncaq/müzakirə keçiriləcək. Türkiyə iqtisadiyyatının alınması gözlənilir "

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla