AZ

Rusiya XİN: Ermənistan KTMT-nin üzvü olaraq qalır

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

\"Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalmaqda davam edir. Buna görə də o, müvafiq öhdəlikləri, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi və təşkilatın Nizamnaməsi, həmçinin digər sənədlərlə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürməlidir. Əminik ki, istənilən halda KTMT Avrasiyada sülhün təhlükəsizliyinin, eləcə də ona üzv dövlətlərin təhlükəsizliyinin qorunmasına cavabdeh olan effektiv strukturdur və bu təşkilat belə də qalacaq”, - o vurğulayıb.
 
///report

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
13
Mənbələr
Şərh ()
Bağla