AZ

Rusiya XİN: Ermənistan KTMT-nin tamhüquqlu iştirakçısı olaraq qalmaqda davam edir

KTMT-dən çıxmaq Ermənistanın suveren hüququdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Ermənistan KTMT-dən çıxacağı halda, təşkilatın nizamnaməsinə görə çıxacağı tarixə 6 ay qalmış rəsmi bildiriş göndərməlidir.

“Ermənistanın KTMT-də qalıb və ya gedəcəyi sualını rəsmi İrəvana ünvanlamaq lazımdır. Biz əvvəlki kimi erməni tərəfdaşlarımızın xarici siyasətini müstəqil müəyyən etməklə bağlı, eləcə də KTMT-də bundan sonra iştirakı ilə bağlı suveren hüququnu şübhə altına qoymaq istəmirik. Mən təşkilatın nizamnaməsinin 19-cu maddəsini xatırladıram, hansı ki, bu maddədə təşkilatdan çıxmağın mümkünlüyü qeyd olunub. Bu halda, dövlət KTMT çərçivəsində öz öhdəliklərini nizamladıqdan sonra təşkilatdan çıxacağı tarixdən 6 aydan gec olmayaraq rəsmi bildiriş göndərməlidir. Bildiyimiz qədər, KTMT-nin ünvanına müntəzəm olaraq tirajlanan ittihamlara baxmayaraq tərəfdaşlarımız tərəfindən təşkilatın üzvlüyü ilə bağlı yeni addımlar atılmayıb. Ermənistan təşkilatın tamhüquqlu iştirakçısı olaraq qalmaqda davam edir və müvafiq öhdəlikləri, o cümlədən 1992-ci il Kollektiv Təhlükəsizlik Müqaviləsi və 2002-ci il təşkilatın Nizamnaməsi, habelə digər sənədlərlə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürməlidir. Biz qəti əminik ki, istənilən halda KTMT Avrasiyada sülhün təhlükəsizliyinin, eləcə də ona üzv dövlətlərin təhlükəsizliyinin qorunmasına cavabdeh olan effektiv strukturdur və belə də qalacaq”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
4
Mənbələr
Şərh ()
Bağla