AZ

Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR

Mayın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Vazeh Əskərov Özbəkistanın Daşkənd Kimya Texnolgiya Universitetinin (ÖKTU) rektoru, professor Botır Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti- prorektor Anvar Şernaev və rektorun müşaviri Ruslan İmanzadə ilə görüşüb. 

"Unikal" xəbər verir ki, qonaqları universitetdə salamlayan rektor, dosent Vazeh Əskərov ADNSU-da tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, universitetin maddi-texniki bazası haqqında ətraflı məlumat verib, təhsil ocağının tarixi və inkişafı ilə bağlı mühüm məqamları diqqətə çatdırıb. 

ÖKTU-nun rektoru, professor Botır Usmonov ADNSU-da olmaqdan məmnun olduğunu deyib və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək təmsil etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib.

Kimya texnologiyaları, neft-qaz mühəndisliyi, alternativ enerji və yaşıl enerji sahələrində birgə əməkdaşlığın inkişafının daha da genişləndirilməsinin müzakirə olunduğu görüşdə kadr hazırlığı, tələbə və müəllim mübadiləsi, həmçinin birgə elmi-tədqiqatların, yaşıl enerji layihələrinin aparılması yönündə görülə biləcək işlərdən danışılıb, hər iki tərəf birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. 

Sonda xatirə hədiyyələri təqdim edilib.

Qonaqlar həmçinin, ADNSU-nun laboratoriyalarına baş çəkib, tədris prosesi ilə yaxından tanış olubar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
41
Mənbələr
Şərh ()
Bağla