AZ

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi


Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iddiası mərhum akademik Aqil Əliyevin oğlu İlqar Əliyev və Məmmədov İlham Almas oğlu tərəfindən qaldırılıb.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib. Məhkəmə iddiasının mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilir.
Məlumat üçün qeyd edək ki, ötən ilin yanvar ayında Şahbazov Şahbaz Qara oğlu İlqar Əliyev və İlham Məmmədov barəsində iddia qaldırıb.
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, bir-biri barəsində qarşılıqlı iddialar qaldıran bu şəxslər arasında daha əvvəl işgüzar münasibətlər olub. Artqı bir neçə ildir ki, tərəflər arasında məhkəmə çəkişməsi davam edir.

Elnur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla