AZ

Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alan hərbçilərimizin ADLARI - VİDEO

Kəlbəcər rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlərin kimliyi müəyyənləşib.

“Report”un məlumatına görə, adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:

Elvin İxtiyar oğlu Nəsibov

Xəzər Hilal oğlu Vəzirzadə

Mehman Cəfərqulu oğlu Babayev

Müslüm Mürsəl oğlu Novruzov.

 

*****

16:30

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Fuad Cəlal oğlu Əhmədov vəfat edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) bildirilib.

Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərin nəzarəti altındadırlar.

“Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır”, - MN-dən bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
7
Mənbələr
Şərh ()
Bağla