AZ

Rusiya ordusu vaxtından əvvəl təkmilləşdirilmiş BMP-2M alacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Yüksək Dəqiqlik Kompleksləri" holdinqi 2024-cü ildə dövlət müdafiə sifarişinə uyğun olaraq, “Berejok” döyüş bölməsinə vaxtından əvvəl modernləşdirilmiş BMP-2M-ləri təhvil verəcək.

Herbiand.az xəbər verir ki, bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb.

Holdinq nümayəndələri bildiriblər, “Berejok” döyüş bölməsinin tərkibinə “Kornet” tank əleyhinə idarə olunan raketlərin buraxılış qurğuları da daxildir.

BMP-2M-nni nişan alma və müşahidə cihazları əhəmiyyətli dərəcədə təkmilləşdirilib və ekipajın gecə işləmək qabiliyyəti artırılıb. Yeni radiostansiya R-168-25U-2 “Akveduk” radio məlumatların tutulması və şifrəsinin açılmasından qorunmanı təmin edir, həmçinin müdaxilələrə yüksək davamlıdır.

“Berejok” silahlanmasına “Kornet” raketlərindən əlavə 30 mm-lik 2A42 avtomat topu, 7,62 mm-lik PKTM pulemyotu və AG-30M avtomat qumbaraatan daxildir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla