AZ

Şolz Ukraynanın “Taurus” raketlərinin tədarükü ilə bağlı müraciətlərini ələ salıb

Almaniya kansleri Olaf Şolz Lüneburq şəhərinin sakinləri ilə görüşü zamanı Ukrayna Silahlı Qüvvələrinə mümkün silah tədarükü ilə bağlı suala ironiya ilə cavab verərək, Ukraynaya uzaqmənzilli “Taurus” raketlərini verməkdən növbəti dəfə imtina edib.

Bu barədə “Bild in Russian” Telegram kanalı yazır.

“Elə silahlar var ki, onlar yalnız onlarla edilən hər şeyə nəzarət olunarsa, verilə bilər. Və burada dostlar arasında mübahisə edə bilməzsən: “Mənə inanmırsan?” Təbii ki, dostuma güvənirəm. Amma buna baxmayaraq, mən bütün silahları hamıya verməzdim”, – deyə Şolz güldü.

Bundan sonra Bild-in köşə yazarı Julian Levenich Almaniya kanslerini tənqid edərək, onun sözlərini “ukraynalıların hesabına dadsız zarafat” adlandırıb.

Mənbə: Lenta.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla