AZ

Bank kartlarından pullar necə oğurlanır? - VƏKİL AÇIQLADI

Son vaxtlar vətəndaşların bank kartlarından oğurluq hallarının sayı artıb. Hətta 10 manat üçün belə bu üsula əl atıb saxlanılan şəxslər müşahidə olunur.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, burada səbəblər müxtəlif ola bilər: “Əksər hallarda vətəndaşın, yəni müştərinin özünün günahı olur. Müştəri kart məlumatlarını açıq qoyub sosial şəbəkələrdə və ya başqa bir formada paylaşır, bu məlumatları kiməsə və ya bankın adından zəng edən şəxslərə verir və s. Halbuki vətəndaşlar başa düşməlidir ki, bank niyə zəng edib kart haqqında məlumat istəsin? Çünki bankda bütün məlumatlar var. Təbii ki, bu sahədə ixtisaslaşan insanlar var ki, onlar belə asan yollarla pul qazanırlar. Bu ən sadə yoldur. Bir də "hacker"lər var. Onlar isə bankların informasiya sisteminə daxil olub, müxtəlif yollarla pulları çıxarırlar. Bankların sistemlərinin tələblərə cavab verməməsi və ya təhlükəsizlik səviyyəsinin aşağı olması burada əsas səbəblərdəndir. Bu kimi oğurluqlar təkcə Azərbaycanda yox, bütün dünyada baş verir. Təbii ki, harada pul varsa oğruların hədəfi də bura meyllənir. Bu oğruların daha bir üsulu da xırda məbləğləri kartdan çıxararaq, diqqət çəkməməsidir. Nəticədə  müştəri özü də başa düşmür ki, kartından pulu çıxarılıb”.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla