AZ

Neftin qiyməti son üç ayda rekord dərəcədə aşağı düşüb

Neftin

Cümə günü neft qiymətləri OPEC+ ölkələrinin hasilatın azaldılmasının davam etməsi perspektivi fonunda yüksəlib, lakin həftənin sonunda son üç ayda ən böyük azalma müşahidə edilib.

Reyting.az
“Röyter” agentliyinə istinadla bildirir ki, Brent markalı neftin iyun fyuçersləri 31 sent artaraq bir barrelə görə 83,98 dollara, ABŞ-ın WTI markalı neftin iyun fyuçersləri isə 26 sent və ya 0,3 faiz artaraq barreli 79,21 dollara çatıb.

Bununla belə, hər iki meyar son aylarda rekord həftəlik itkilərə məruz qalıb: Brent həftə ərzində 6,2 faiz, WTI isə 5,6 faiz azalıb.

Bu dinamikanın səbəbləri arasında dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da yüksək inflyasiya ilə bağlı narahatlıqlar var. Aşağı inflyasiya şəraitində iqtisadi artımın stimullaşdırılması və nəticədə “qara qızıl”a tələbatın artması gözlənilir.

Digər mühüm amil Yaxın Şərqdə geosiyasi gərginliyin azalması, xüsusən də İsrailin HƏMAS-la danışıqları haqqında məlumatın yayılmasıdır.

Xatırladaq ki, ötən həftənin əvvəlində neftin qiyməti aşağı düşmüşdü. Bu da Yaxın Şərqdə münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi risklərinin azalması ilə əlaqədar idi. Ötən həftənin sonunda neftin qiymətində mülayim artım qeydə alınıb. Buna səbəb həm də, iqtisadi artımla bağlı nikbinliyini ifadə edən ABŞ-nın maliyyə naziri Canet Yellenin bəyanatıdır.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
reyting.az

1Mənbələr