AZ

ReAL seçki hazırlığına qapını rəngləməklə başladı

“Respublikaçı Alternativ” Partiyasının (ReAL) icra katibi Natiq Cəfərlinin öz “Facebook” hesabında paylaşdığı şəkil müzakirəyə səbəb olub. 

Yenisabah.az xəbər verir ki, Natiq Cəfərlinin partiya qərargahının giriş qapısının əks olunduğu fotonu paylaşması tənqidlə qarşılanıb. Bəzi sosial şəbəkə istifadəçiləri qapının rəngini əsas gətirərək, ReAL-ın İslam Partiyasının yolu ilə getdiyini vurğulayıblar. 

Seçki ərəfəsində partiyanın qapısının rənglənməsinə bu cür reaksiya verənlər də olub: "Camaat seçkiyə hazırlaşır, siz nə işlə məşğul olursunuz. Heyf köhnə ReAL-dan". 

Qeyd edək ki, Natiq Cəfərli sözügedən şəkilin üzərinə “seçkilər gəlir, ofisə gələn-gedən çox olacaq, ona görə də, giriş qapısını yüngülvari təmir etdik, İnşallah, seçkidən sonra məmləkətin idarəetmə sistemini də "təmir" etməyə fürsət qazanarıq. Eşq!” - deyə yazıb. 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla